Cümə axşamı, 15 Oktyabr, 2026
Tarix: 15 Oct 2026 04:21
ABŞ Prezidenti Donald Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə daxil olacağına əmin olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Arizona ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Onlar sonda 51-ci ştat olacaqlar, çünki başqa cür ola bilməz. Onlara ehtiyacımız yoxdur, onların bizə ehtiyacı var”, - Tramp deyib.
Tramp daha əvvəl dəfələrlə Kanadanın ABŞ-a birləşməsinə çağırış edərək Kanadanın Baş naziri Mark Karnini qubernator adlandırıb.
Kanada hakimiyyəti isə ölkənin ABŞ-a birləşdirilməsi ehtimalını rədd edib.
Tramp ABŞ KanadaMənbə: apa.az