Cümə axşamı, 22 Oktyabr, 2026
Tarix: 22 Oct 2026 14:23
İran “Ənsarullah”la (husilər) birlikdə Bab əl-Məndəb boğazının bağlanılması üçün müştərək qərar vermir.
“Tasnim”in xəbərinə görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezayi deyib.
“İran Hörmüz boğazı ilə bağlı verdiyi qərarlara görə, “Ənsarullah” isə Bab əl-Məndəbdə verdiyi qərarlarla bağlı məsuliyyət daşıyır. Biz Bab əl-Məndəb boğazının gəmiçiliyə bağlanması üçün “Ənsarullah”la birgə qərar vermirik”, - Rezayi bildirib.
O, husilərin İranın hərbi birləşməsi olmadığını, özünün müstəqil hərəkət etdiyini əlavə edib.
Toğrul Quluzadə İran Ənsarullah husilər Bab-əl-Məndəb Mohsen RezayiMənbə: apa.az