Nazirlik: Azərbaycan nəticəəsaslı büdcələşdirməyə keçiddə beynəlxalq təcrübəni qabaqlayır

Nazirlik: Azərbaycan nəticəəsaslı büdcələşdirməyə keçiddə beynəlxalq təcrübəni qabaqlayır

Tarix: 22 Oct 2026 13:06

Azərbaycanda nəticəəsaslı büdcələşdirməyə keçid prosesinin tam başa çatdırılması rəqəmsallaşma və avtomatlaşdırma işlərinin sürətindən asılıdır.

“APA-Economics” xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Aparatının Nəticəəsaslı büdcə siyasəti şöbəsinin müdiri İlham Kərimov Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda nəticəəsaslı büdcələşdirməyə keçid beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər sürətlə həyata keçirilir. Digər ölkələrdə bu cür islahatların reallaşdırılması 10–15 il vaxt tələb edir.

İ. Kərimov qeyd edib ki, hazırda islahatların əhatə dairəsinin genişləndirilməsi mərhələsi davam edir və prosesə yeni sektorlar cəlb olunur.

Nazirlik rəsmisi vurğulayıb ki, rəqəmsallaşma və avtomatlaşdırma işləri sürətlə tamamlanarsa, nəticəəsaslı büdcələşdirmə mexanizminin dövlət xərclərini tam əhatə etməsinə nail olmaq mümkün olacaq.

O bildirib ki, növbəti mərhələdə strateji planlaşdırmanın gücləndirilməsi, dövlət təşkilatlarının fəaliyyətinin sektorlar üzrə müəyyənləşdirilmiş məqsəd və nəticələrlə əlaqələndirilməsi əsas istiqamətlərdən olacaq.

Rahim Tarıverdiyev Maliyyə Nazirliyi rəqəmsal maliyyə

Mənbə: apa.az

Xəbər Lenti