Hesablama Palatasının elektron sisteminə 1000-dən çox dövlət qurumu inteqrasiya olunub

Hesablama Palatasının elektron sisteminə 1000-dən çox dövlət qurumu inteqrasiya olunub

Tarix: 22 Oct 2026 12:18

Azərbaycanda 1000-dən artıq dövlət qurumu Hesablama Palatasının elektron informasiya sisteminə inteqrasiya olunub.

“APA-Economics” xəbər verir ki, bunu Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.

Onun sözlərinə görə, qısa müddət ərzində sistemə 5000-dən çox hesabat daxil edilib. Həmin məlumatlar müxtəlif risk meyarları əsasında qiymətləndirilir və təhlil olunur.

Z. Vəliyev qeyd edib ki, sistemin digər informasiya resursları ilə inteqrasiyası davam etdirilir.

O əlavə edib ki, rəqəmsallaşma Hesablama Palatasının strateji prioritetlərindən biridir və dövlət maliyyəsinə nəzarətin səmərəliliyinin artırılmasına xidmət edir.

Rahim Tarıverdiyev Hesablama Palatası rəqəmsal maliyyə

Mənbə: apa.az

Xəbər Lenti