Cümə axşamı, 22 Oktyabr, 2026
Tarix: 22 Oct 2026 13:21
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin iqtisadi dayanıqlığının artırılması baxımından regional kommunikasiyaların mümkün qədər tez açılmasının vacib olduğunu bildirib.
“Armenpress” xəbər verir ki, Baş nazir bunu hökumətin iclasında deyib.
Baş nazir, həmçinin, Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə imzalanmış sazişin ratifikasiya prosesinin parlamentdə başladığını xatırladıb.
Paşinyan əlavə edib ki, TRIPP layihəsinin həyata keçirilməsi praktiki mərhələyə qədəm qoyur.
İlqar Xudiyev Paşinyan Ermənistan TRIPPMənbə: apa.az