İspaniyada sürət qatarları toqquşub, ölü sayı 46-ya çatıb - YENİLƏNİB-1 - VİDEO

İspaniyada sürət qatarları toqquşub, ölü sayı 46-ya çatıb - YENİLƏNİB-1 - VİDEO

Tarix: 28 Oct 2026 13:45

İspaniyanın Toledo vilayətində baş verən qatar qəzasında ölənlərin sayı 46 nəfərə çatıb.

Bu barədə “The Telegraph” məlumat yayıb.

***

13:34

İspaniyada sürət qatarlarının toqquşması nəticəsində ölənlərin sayı artıb.

“Sky News”un yerli qurumlara istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

https://t.me/apa_az/129069

Qeyd edək ki, bu, il ərzində İspaniyada baş verən ikinci qatar qəzasıdır. Belə ki, yanvarın 18-də baş vermiş qəzada 45 nəfər ölüb, 170 nəfər xəsarət alıb.

***

13:10

İspaniyada sürət qatarları toqquşub.

“Reuters”in xəbərinə görə, hadisə Toledo vilayətində baş verib.

https://t.me/apa_az/129072

İki sürət qatarının toqquşması nəticəsində paytaxt Madridi Əndəlüs regionu ilə əlaqələndirən xətt fəaliyyətini dayandırıb. Hadisə nəticəsində ən azı 10 nəfərin öldüyü, çox sayda yaralının olduğu bildirilib.

Hələlik qəzanın səbəbləri ilə bağlı məlumat yoxdur.

Toğrul Quluzadə sürət qatarı qatar qəzası

Mənbə: apa.az

Xəbər Lenti