Yasamalda şagirdin məktəbin pəncərəsindən yıxılaraq ölməsi faktı araşdırılır

Yasamalda şagirdin məktəbin pəncərəsindən yıxılaraq ölməsi faktı araşdırılır

Tarix: 28 Oct 2026 12:51

Bakıda məktəbdə şagirdin ölməsi faktı araşdırılır.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Emin Şirvanzadə Bakı Yasamal şagird məktəb ölüm faktı

Mənbə: apa.az

Xəbər Lenti