Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 12:48
"Fəxr edirəm ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan ölkəmizin unikal təcrübəsi nümunə olaraq qəbul edilir".
APA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı tədbirdə deyib.
O bildirib ki, dünyanın aparıcı dini mərkəzi – Vatikan ilə qarşılıqlı əlaqələr tarixində bu il Roma Papası XIV Leo ilə görüş xüsusi önəm kəsb edən hadisə oldu: “Dini mərkəzlərimiz arasında əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Vatikanla birgə Romada keçirdiyimiz iftar qardaşlıq süfrəsi artıq ənənəvi xarakter alıb. Forum iştirakçılarına müjdə vermək istərdim ki, Dini Liderlərin iki Ümumdünya Sammitinə ev sahibliyi etmiş Azərbaycanda gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə Dini Liderlərin Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur”.
Firuzə Vahid QMİ Roma Papası Allahşükür PaşazadəMənbə: apa.az