Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 13:30
Qətər İrana ABŞ və İsraillə müharibənin sonlandırılması üçün yeni razılaşma təklif edib.
“Reuters”ə danışan mənbə bildirib ki, təklif oktyabrın 25-də Tehrana səfər çərçivəsində təqdim edilib.
Mənbənin sözlərinə görə, hazırda İran təklifi nəzərdən keçirir, Tehranın həftəsonuna qədər buna cavab verəcəyi gözlənilir.
Yeni plana əsasən, 7 gün ərzində Tehran və Vaşinqton hər iki tərəfin narahatlıqlarının aradan qaldırılması istiqamətində addımlar atılacaq.
Təklif razılaşdırılacağı təqdirdə, yeni planın icrasına növbəti həftədən başlanılacaq.
Toğrul Quluzadə Qətər İran plan təklif
Mənbə: apa.az