Norveç Ukraynaya birbaşa silah satışına icazə verib

Tarix: 02 Jan 2024 01:43

Yeni ildən Norveç rəsmi olaraq Ukraynaya bu ölkədən birbaşa silah almağa icazə verib.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Espen Bart Eyde deyib.

"Biz qeyri-qanuni təcavüzkar müharibənin mümkün davamını planlaşdırmalıyıq. Buna görə də hökumət Norveç müdafiə sənayesindən Ukraynaya silah və müdafiə ilə bağlı məhsulların birbaşa satışına icazə vermək qərarına gəlib", - o izah edib.

Bildirilir ki, indi Norveçdəki şirkətlər Ukraynaya birbaşa silah satmaq üçün ixrac lisenziyası almaq üçün ölkənin Xarici İşlər Nazirliyinə müraciət edəcəklər.

Xəbər Lenti