Kaliforniyada ticarət mərkəzində atışma olub, ölən və yaralananlar var

Kaliforniyada ticarət mərkəzində atışma olub, ölən və yaralananlar var

Tarix: 31 Oct 2026 12:24

ABŞ-ın Kaliforniya ştatında ticarət mərkəzində baş verən atışma nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.

Bu barədə NBC telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Polisin məlumatına görə, atışma Halloween bayramı üçün malların satıldığı mağazada baş verib.

Yaralılardan üçünün vəziyyətinin kritik olduğu bildirilir.

Hadisəni törədən şəxsin yeri hələlik müəyyən edilməyib.

İlqar Xudiyev ABŞ Kaliforniya atışma

Mənbə: apa.az

Xəbər Lenti