Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

Tarix: 31 Oct 2026 12:22

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Hakkari bölgəsində yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığından olan bir hərbi qulluqçunun sərhədpozma hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin", başsağlığında deyilir.

Azərbaycan MN Zakir Həsənov Türkiyə Yaşar Gülərə başsağlığı

Mənbə: apa.az

Xəbər Lenti