Şənbə, 31 Oktyabr, 2026
Tarix: 31 Oct 2026 12:20
Ürək transplantasiyasını gözləyən şəxslərin sayı olduqca çoxdur.
APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Ürək transplantasiyası həftəsi” çərçivəsində keçirilən konfransda deyib.
O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra orqan transplantasiyası sahəsində xeyli uğurlar əldə edib:
"Yeni dövlət büdcəsində səhiyyə xərclərində artım müşahidə olunur. Səhiyyə xərcləri üçün təxminən 2 milyard 100 milyon manat vəsait ayrılıb. İcbari tibbi sığortanın xərcləri də nəzərə alındıqda, bu məbləğ əhəmiyyətli dərəcədə artır".
Ə.Əmiraslanov qeyd edib ki, əvvəlki illərdə səhiyyə xərcləri təxminən 800 milyon manat olduğu halda, hazırda bu göstərici 4 milyard manat civarındadır.
Komitə sədri səhiyyə sisteminin idarəetməsinin Səhiyyə Nazirliyinin tabeliyində birləşdirilməsinin gələcəkdə bütün sahələrdə, o cümlədən orqan transplantasiyası sahəsində vəsaitlərdən daha səmərəli istifadəyə imkan verəcəyini bildirib.
Gülcahan İmanqızı Ürək transplantasiyası Milli Məclis Səhiyyə komitəsi Əhliman Əmiraslanov
Mənbə: apa.az