Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq edib

Tarix: 11 Dec 2023 14:00

Tətbiq yeniləmələri cihazların təhlükəsizliyi üçün mühüm rol oynayır. Tətbiqlər yeniləndikdə həssas məlumatlar daha yaxşı qorunur.

“APA-Economics”in xəbərinə görə, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

ETX-nin məlumatında qeyd olunub ki, sonuncu versiya yenilənmədikdə kiberdələduzlar tətbiqlərin cari versiyasındakı boşluqlardan yararlanaraq cihazı və fərdi məlumatları ələ keçirə bilərlər: “İstifadə olunmayan tətbiqləri silməyi tövsiyə edirik”.

Xəbər Lenti