Bazar, 22 Noyabr, 2026
Tarix: 21 Nov 2026 06:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib.
APA xəbər verir ki, dövlətimizin başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir:
“Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Kavelaşvili İlham Əliyev
Mənbə: apa.az