Kalininqradda Litva istiqamətindən gələn şübhəli obyektə görə həyəcan siqnalı verilib

Kalininqradda Litva istiqamətindən gələn şübhəli obyektə görə həyəcan siqnalı verilib

Tarix: 21 Nov 2026 21:55

Rusiyanın Kalininqrad vilayətinin Neman rayonunda Litva istiqamətindən gələn şübhəli obyektin aşkarlanması səbəbindən pilotsuz uçuş aparatları ilə bağlı xəbərdarlıq sistemi işə düşüb.

APA xəbər verir ki, bu barədə Kalininqrad vilayətinin qubernatoru Aleksey Besprozvannı məlumat yayıb.

Onun sözlərinə görə, hadisə ilə bağlı aparılan yoxlama nəticəsində hər hansı təhlükə müəyyən edilməyib.

Qubernator həyəcan rejiminin qısa müddətdə ləğv ediləcəyini bildirib.

Rusiya Kalininqrad Litva Neman rayonu pilotsuz uçuş aparatı PUA həyəcan siqnalı Aleksey Besprozvannı

Mənbə: apa.az

Xəbər Lenti