Bazar, 22 Noyabr, 2026
Tarix: 21 Nov 2026 23:45
Almaniya sakinlərinin 62 faizi federal hökumətin 2027-ci ildə dövlət borcunu əhəmiyyətli dərəcədə artırmaq planlarından narahatdır.
“Bild” qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti hökumətin gələn il təxminən 210 milyard avro məbləğində yeni borc götürmək niyyətini mənfi qiymətləndirir.
Sorğuda iştirak edənlərin yalnız dörddə biri bu addımda problem görmür.
Narahatlıq hakim koalisiyanı dəstəkləyən seçicilər arasında da müşahidə olunur.
Belə ki, Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı (XDİ/XSİ) blokunun tərəfdarlarının 55 faizi, Almaniya Sosial Demokrat Partiyasının (ASDP) seçicilərinin isə 59 faizi yeni borclanmadan narahat olduğunu bildirib.
Almaniya dövlət borcu 210 milyard avro INSA Bild sorğu iqtisadiyyat dövlət büdcəsi 2027
Mənbə: apa.az