Bazar, 22 Noyabr, 2026
Tarix: 21 Nov 2026 23:24
Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfərin həlak olduğu bildirilir.
“The Guardian” nəşrinin məlumatına görə, hadisə Niger çayının deltasındakı qollardan birində baş verib.
Gəmi bir neçə gün əvvəl bölgədə baş vermiş oxşar faciənin qurbanlarının dəfn mərasiminə gedən insanları daşıyırmış.
İlkin məlumata görə, gəmidə təxminən 300 nəfər olub.
Onlardan 24 nəfəri xilas etmək mümkün olub. Hadisə yerindən 50-dən çox meyit çıxarılaraq morqa təhvil verilib.
Digər sərnişinlərin taleyi hələlik məlum deyil.
Mütəxəssislər faciəyə gəminin həddindən artıq yüklənməsinin səbəb ola biləcəyini ehtimal edirlər.
Nigeriya Bayelsa gəmi qəzası Niger çayı gəmi batması ölüm sərnişin gəmisi The Guardian
Mənbə: apa.az