Kanada ABŞ-la hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə xəbərləri təkzib edib

Kanada ABŞ-la hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə xəbərləri təkzib edib

Tarix: 21 Nov 2026 22:11

Kanadanın müdafiə naziri Devid Makginti ABŞ-ın ölkəsi ilə hərbi əməkdaşlığa məhdudiyyətlər tətbiq etməsi barədə yayılan məlumatları təkzib edib.

“Reuters” agentliyinə müsahibəsində nazir iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın əvvəlki qaydada davam etdiyini bildirib.

“Mən nə hərbi sahədə, nə də digər istiqamətlərdə fəaliyyətimizdə hər hansı dəyişiklik görürəm”, – deyə Makginti vurğulayıb.

Onun sözlərinə görə, Kanada və ABŞ Karib dənizi vasitəsilə narkotik qaçaqmalçılığına qarşı mübarizə, raket sistemlərinin inteqrasiyası və hava hücumundan müdafiə sahələrində sıx əməkdaşlığı davam etdirirlər.

Nazir eyni zamanda Kanadanın, xüsusilə Arktika regionunda, öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalı olduğunu qeyd edib.

Makginti Ottavanın ABŞ-ın “Starlink” sisteminə bənzər peyk rabitəsi şəbəkəsi yaratmaq üzərində işlədiyini də açıqlayıb.

Qeyd edək ki, “The Washington Post” daha əvvəl Pentaqon rəhbəri Pit Heqsetin ABŞ-la Kanada arasında hərbi əməkdaşlığa məhdudiyyətlər qoyulması barədə göstəriş verdiyini yazmışdı.

Kanada ABŞ Devid Makginti Pentaqon Pit Heqset hərbi əməkdaşlıq Arktika Starlink Reuters

Mənbə: apa.az

Xəbər Lenti