Pentaqon İranın ABŞ-ın F-16 qırıcısına hücum etməsi barədə xəbərləri təkzib edib

Pentaqon İranın ABŞ-ın F-16 qırıcısına hücum etməsi barədə xəbərləri təkzib edib

Tarix: 21 Nov 2026 20:58

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Fars körfəzi üzərində Amerika Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısına hücum etməsi barədə məlumatları təkzib edib.

APA xəbər verir ki, CENTCOM bu barədə “X” sosial şəbəkəsində açıqlama yayıb.

“İran ötən gün ABŞ-ın F-16 qırıcısına hücum etməyib. Yaxın Şərqdəki bütün Amerika qırıcıları təhlükəsiz vəziyyətdədir”, – deyə komandanlıq bildirib.

ABŞ İran Pentaqon CENTCOM F-16 Fars körfəzi hərbi təyyarə Yaxın Şərq

Mənbə: apa.az

Xəbər Lenti