Bazar, 22 Noyabr, 2026
Tarix: 21 Nov 2026 22:18
Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, “Fənərbaxça” səfərdə “Kocaelispor”la qarşılaşıb.
Gərgin keçən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
İlk hissəsi qolsuz başa çatan matçda hesabı 61-ci dəqiqədə Milan Şkrinyar açıb. Meydan sahibləri 71-ci dəqiqədə Berkan Kutlunun penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. Beş dəqiqə sonra Matey Maqlitsa “Kocaelispor”u önə keçirib.
Məğlubiyyətdən son anda xilas olan “Fənərbaxça” 90+3-cü dəqiqədə Meyson Qrinvudun qolu ilə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, bu nəticədən sonra “Fənərbaxça”nın aktivində 20 xal var.
Fənərbaxça KocaelisporMənbə: apa.az