Bazar, 22 Noyabr, 2026
Tarix: 22 Nov 2026 01:56
Rusiya və Gürcüstan bir sıra sahələrdə əlaqələri mərhələli şəkildə inkişaf etdirməyə hazırdırlar.
APA-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O, Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə Minskdə keçirilən görüşün nəticələrini şərh edib.
Qaluzinin sözlərinə görə, Moskva və Tbilisi arasında birbaşa dialoq müntəzəm xarakter daşıyacaq.
Diplomat əlavə edib ki, tərəflər ikitərəfli ticarətin genişləndirilməsi istiqamətində bir sıra tədbirlər barədə razılığa gəliblər.
Qeyd edək ki, Qaluzinlə Zurabişvili arasında Minskdə görüş noyabrın 19-da keçirilib.
Fərid Əkbərov Rusiya Gürcüstan Mixail Qaluzin Georgi Zurabaşvili Minsk diplomatik əlaqələr birbaşa dialoq ticarət əməkdaşlıqMənbə: apa.az