Bazar, 22 Noyabr, 2026
Tarix: 21 Nov 2026 11:40
Şəkidə yardımçı tikilidə kişi meyiti aşkarlanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri ərazisində qeydə alınıb. Yardımçı tikilidə tapılan meyitin rayon sakini, 40 yaşlı Ruslan Rzayevə məxsus olduğu müəyyən edilib.
Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Vüqar Heydərov Şəki Ruslan Rzayev meyit ölüm faktı Şəki Rayon Prokurorluğu hadisə araşdırma
Mənbə: apa.az