Rusiya ordusu Kiyev vilayətini bombalayıb, 15 nəfər ölüb - YENİLƏNİB

Rusiya ordusu Kiyev vilayətini bombalayıb, 15 nəfər ölüb - YENİLƏNİB

Tarix: 23 Nov 2026 10:33

Rusiyanın gecə saatlarında Ukraynanın paytaxtı Kiyev və ətraf bölgələrə endirdiyi zərbələr nəticəsində azı 15 nəfər ölüb.

AFP xəbər verir ki, Kiyevdən təxminən 45 kilometr şimalda yerləşən Dymer qəsəbəsində beşmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində binanın bir hissəsi çöküb.

Kiyev vilayətinin qubernatoru Timur Tkaçenko “Telegram” kanalında bildirib ki, hadisə nəticəsində Dymerdə azı 11 nəfər həlak olub. Dağıntılar altında qalan sakinlərin axtarışı və xilasetmə işləri davam etdirilib.

Bundan başqa, Kiyev vilayətinin Bila Tserkva şəhərində yaşayış evinə endirilən zərbə yanğına səbəb olub. Nəticədə daha bir nəfər həyatını itirib.

***

09:16

Dünən Rusiyanın hava hücumu nəticəsində Kiyev vilayətinin Dımer şəhərində dağılmış çoxmərtəbəli binada ölənlərin sayı on nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Kiyev vilayəti administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, xilasetmə işləri gecə boyu davam edib, ölənlərin sayı on nəfərdir. Dağıntılar altından bir qadın xilas edilib.

Hazırda xilasetmə işləri davam edir.

Rusiya hava hücumu Ukrayna Kiyev vilayəti

Mənbə: apa.az

Xəbər Lenti