Bazar ertəsi, 23 Noyabr, 2026
Tarix: 23 Nov 2026 10:24
Azərbaycanda investisiya layihələrinin maliyyələşdirilməsi üçün güzəştli mexanizmlər tətbiq olunur.
APA xəbər verir ki, bunu Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ulvi Mansurov bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Fondun əsas fəaliyyət istiqamətlərindən biri özəl sektorun maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, investisiya fəallığını artırmaq və özəl kapitalın inkişafını təşviq etməkdir.
Ulvi Mansurovun sözlərinə görə, Fondun investisiya mexanizmləri çərçivəsində müxtəlif layihələrin maliyyələşdirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
O qeyd edib ki, kreditlərin müddəti 10 ilədək, illik faiz dərəcələri isə 5-8 faiz arasında dəyişir. Müvafiq meyarlara cavab verən layihələr üzrə kreditlərin 90 faizədək hissəsinə zəmanət verilməsi mümkündür.
Fondun İdarə Heyətinin sədri əlavə edib ki, təqdim olunan kreditlər üzrə faiz dərəcəsinin yarısı üç il müddətində subsidiya şəklində ödənilir.
Mansurov İtaliyanın müvafiq maliyyə qurumları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu tərəfdaşlıq həm Azərbaycan, həm də İtaliya şirkətlərinin təşəbbüslərinə hökumət səviyyəsində dəstək göstərilməsi üçün əlavə imkanlar yarada bilər.
Onun fikrincə, əməkdaşlığın genişləndirilməsi İtaliya şirkətlərinin Azərbaycana investisiya marağının artmasına və yeni investisiya layihələrinin həyata keçirilməsinə töhfə verəcək.
İlqar Xudiyev Azərbaycan Biznesinin İnkişafı Fondu İdarə Heyəti sədr Ulvi Mansurov investisiya layihələr maliyyələşdirilməMənbə: apa.az