Çərşənbə, 25 Noyabr, 2026
Tarix: 25 Nov 2026 13:44
Bu axşam “Sabah” azarkeşlik edəcəyik.
APA xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu axşam Çempionlar Liqasında “Sabah” futbol klubunun “Barselona”ya qarşı oyununu izləyəcək.
“Valdas Dambrauskas və “Sabah” axşamkı oyuna hazırlaşırlar. Mən də nazir Ceyhun Bayramovla birlikdə “Sabah”a azarkeşlik edəcəyəm. Çünki bütün sahələrdə, o cümlədən futbolda qələbə qazanmaq bizim taleyimizdir”, - nazir qeyd edib.
Qeyd edək ki, “Sabah”ın baş məşqçisi litvalı futbol mütəxəssisi Valdas Dambrauskasdır.
Firuzə Vahid Sabah BarselonaMənbə: apa.az