XİN rəhbəri: Litva Aİ-yə sədrliyi dövründə Azərbaycanla bağlı ortaq fikir formalaşdırmağa çalışacaq

XİN rəhbəri: Litva Aİ-yə sədrliyi dövründə Azərbaycanla bağlı ortaq fikir formalaşdırmağa çalışacaq

Tarix: 25 Nov 2026 13:38

Aİ-yə sədrliyimiz dövründə Azərbaycanla bağlı ortaq fikir formalaşdırmağa çalışacağıq.

APA xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Yanvarın 1-dən etibarən Avropa İttifaqı Şurasına sədrlik edəcəyik. Bu müddətdə qərəzsiz və etibarlı vasitəçi kimi çıxış edərək, bütün 27 üzv ölkəni Azərbaycanla bağlı vahid mövqe ətrafında birləşdirməyə çalışacağıq. Məqsədimiz ümumi yanaşma formalaşdırmaq, razılığa gəlmək və əməkdaşlığımızı irəli aparmaqdır. Bu, qarşıdakı illərdə əməkdaşlığımızı asanlaşdıracaq”, - nazir qeyd edib.

Toğrul Quluzadə Ceyhun Bayramov

Mənbə: apa.az

Xəbər Lenti