Çərşənbə, 25 Noyabr, 2026
Tarix: 25 Nov 2026 21:59
ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsi ölkənin fond bazarında kəskin enişə səbəb olub.
APA xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.
“Səhmlər noyabrın 3-də keçirilən seçkilərin nəticələrinə görə kəskin ucuzlaşıb. Mən namizədlər siyahısında yox idim. Əgər namizəd olsaydım, əvvəlki üç seçkidə olduğu kimi, nəticələr tamamilə fərqli olardı, fond bazarı və pensiya hesablarınız yüksəliş dövrünü yaşayardı. Axı mən sizə demişdim!” – Tramp qeyd edib.
ABŞ Donald Tramp Demokratlar Partiyası fond bazarı aralıq seçkilər səhmlər ABŞ iqtisadiyyatı Truth Social
Mənbə: apa.az