Bazar, 29 Noyabr, 2026
Tarix: 29 Nov 2026 03:38
Almaniyanın “Mercedes-Benz” avtomobil konserni xərclərin azaldılması tədbirləri çərçivəsində əməkdaşlarının könüllü şəkildə işdən ayrılması proqramına başlayacaq.
Bu barədə Almaniyanın “Handelsblatt” nəşri məlumat yayıb.
Proqram şirkətdə ən azı üç il çalışmış və birbaşa istehsal prosesində iştirak etməyən əməkdaşları, əsasən inzibati bölmələrin işçilərini əhatə edəcək.
Proqram 2026-cı il dekabrın 1-dən 2027-ci il sentyabrın 30-dək qüvvədə olacaq.
2027-ci ilin mart ayının sonunadək öz istəyi ilə işdən ayrılmaq qərarına gələn əməkdaşlara əlavə ödəniş də veriləcək.
Müvafiq təkliflər şirkətin 30 mindən çox əməkdaşına göndəriləcək.
İşdənçıxma müavinətinin məbləği əlavə ödəniş də daxil olmaqla 422 min avroyadək çata bilər.
Ödənişin məbləği hər bir əməkdaşın iş stajı və əməkhaqqı nəzərə alınmaqla fərdi qaydada müəyyənləşdiriləcək.
Mercedes-Benz Almaniya avtomobil sənayesi işdənçıxma kompensasiya əməkdaşlar Handelsblatt iqtisadiyyat
Mənbə: apa.az