Cümə, 23 Yanvar, 2026
Tarix: 13 Dec 2023 09:18
Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 2 349 min barel azalaraq, təxminən 442 682 min barel təşkil edib.
Bu barədə "APA-Economics" Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən xəbər verir.
Qeyd olunur ki, analitiklər isə ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 500 min barel azalacağını proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.