AAYDA: Bakıda körpünün asfalt-beton örtüyündə çökmə aradan qaldırılıb - YENİLƏNİB

Tarix: 13 Dec 2023 13:57

Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsündə ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) temperatur şovu üzərində, asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, qısa müddət ərzində sözügedən hissədə asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.

***

09.57

Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur.

Qısa müddət ərzində problem aradan qaldırılacaq.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Əbdülvahab Salamzadə küçəsində körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində avtomobillərin sıxlığının yaranması barədə məlumat yayıb.

Xəbər Lenti