Qum yatağında təklif ilkin start qiymətindən 20 dəfəyədək çox olub

Tarix: 14 Dec 2023 10:09

Qum yatağına təklif start qiymətindən 788.440 manat çox olub.

“APA-Economics”in Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə istinadən xəbərinə görə, Yevlax rayonunda yerləşən “Qaraoğlan” qum yatağının istifadəyə verilməsi ilə 22 noyabr tarixində keçirilən hərracda investorlar arasında sağlam rəqabət nəticəsində son təklif ilkin start qiymətindən (42.560 manat) 20 dəfəyədək çox olub.

Qalib investor tərəfindən 831.000 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hərracın nəticəsi ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/4agWYjq

Xəbər Lenti