“NORM” sement zavodu nizamnamə kapitalını artıracaq

Tarix: 14 Dec 2023 16:14

15 yanvar 2024-cü ildə “NORM” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası keçiriləcək.

“APA-Economics” xəbər verir ki, ümumi yığıncaqda Cəmiyyətin nizamnamə kapitalının əlavə səhmlərin buraxılması yolu ilə artırılması, səhm buraxılışının şərtlərinin müəyyən edilməsi, nizamnamə kapitalında səhmdarların malik olduğu səhmlərin miqdarının müəyyən edilməsi, Cəmiyyətin nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi, Baş İcraçı Direktor Sasse Henning Ernst Wilhelm-in əmək müqaviləsi müddətinin uzadılması, səhm buraxılışının müvafiq dövlət qurumlarında qeydiyyata alınması və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, ümumi yığıncaq Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında keçiriləcəkdir.

Xəbər Lenti