Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 16 Dec 2023 09:04

Dekabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,15% – 37,305.16 bəndədək, Nasdaq indeksi 0,35% – 14,813.92 bəndədək artıb, S&P 500 indeksi isə 0,01% – 4,719.19 bəndədək azalıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında dekabrın 16-da Fransanın CAC-40 indeksi 0,28% – 7,596.91 bəndədək artıb, FTSE 100 indeksi 0,95% – 7,576.36 bəndədək, Almaniyanın DAX indeksi isə 0,01% – 16,751.44 bəndədək azalıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,89% azalaraq 1,0895 dollar təşkil edib.

Xəbər Lenti