Cümə, 23 Yanvar, 2026
Tarix: 18 Dec 2023 10:17
Ötən dövrdə bir sıra qanunlara dəyişiklik edilib. Hazırda alt normativ qaydalar üzərində son tamamlama işləri aparılır. Bundan sonra qanuna edilən dəyişikliklərin tətbiqinə başlanılacaq.
"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.
O bildirib ki, "rəqəmsal əkiz"in qurulmasında 60 milyarda yaxın məlumat emal olunub: ""Rəqəmsal əkiz" tam hazırdır, istifadəyə verilib".