Cümə, 23 Yanvar, 2026
Tarix: 19 Dec 2023 11:21
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) 60 milyon ABŞ dolları həcmində uzunmüddətli krediti təsdiq edib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Bankdan bildirilib. Qeyd edilib ki, bununla bağlı qərar Bankın Direktorlar Şurası tərəfindən verilib. Qeyd edilib ki, ASCO ilə AYİB arasında aparılan danışıqlar başa çatdıqdan sonra layihə sənədi imzalanacaq. EBRD-dən bildirilib ki, uzunmüddətli kredit müqaviləsinin ən qısa zamanda imzalanacağı gözlənilir.
Qeyd edək ki, uzunmüddətli kredit ASCO-nun beynəlxalq sularda fəaliyyətini genişləndirmək strategiyasına uyğun olaraq iki yük gəmisinin alınması üçün nəzərdə tutulub.
"Bu layihə ASCO-ya Xəzər dənizindən kənarda beynəlxalq sularda ticarət donanması əməliyyatlarını genişləndirməyə, regional kommunikasiyaları və ticarət əlaqələrini yaxşılaşdırmağa kömək edəcək. Bundan başqa, layihə ASCO-ya tranzit yüklərinin daşınmasını artırmağa, marşrut istiqamətlərinin şaxələndirilməsi üçün əlavə gəmilərin alınması ilə rəqabətqabiliyyətliliyi yüksəltməyə, həmçinin şirkətin beynəlxalq sularda olan gəlirlərini artırmaqla Orta Dəhlizdə nəqliyyat əlçatanlığını asanlaşdırmağa imkan verəcək" - EBRD-nin açıqlamasında əlavə edilib.