Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Akkreditasiya üzrə Dövlətlərarası Şuranın iclası keçirilib

Tarix: 19 Dec 2023 13:04

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndə heyəti Belarusa səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Minsk şəhərində keçirilən MDB ölkələrinin “Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası”nın (МГС) 64-cü iclasında iştirak edib.

“APA-Economics”in Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbərinə görə, tədbirdə MDB-yə üzv olan dövlətlərin milli orqanlarında aparılan işlər, МГС-in elmi-texniki komissiyaların qərarlarının icrasının həyata keçirilməsi, informasiya təminatı və rəqəmsal transformasiya, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya fəaliyyətinin təkmilləşdirilməsi üçün prioritet istiqamətlərin müəyyən edilməsi, o cümlədən, MГС-in fəaliyyətinin müxtəlif istiqamətləri üzrə bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Müzakirələrin nəticələrinə əsasən iclasın yekununda Protokol imzalanıb.

Eyni zamanda, tədbir çərçivəsində AZSTAND-ın nümayəndələri Belarusun standartlaşdırma və metrologiya üzrə milli qurumları ilə ikitərəfli görüşlər keçirib, qurumlar arasında əlaqələrin inkişafı və təcrübə mübadiləsi mövzusunda müzakirələr aparılıb, həmçinin Belarus Standartlar İnstitutunun sınaq laboratoriyalarına baxış keçirilib.

Xəbər Lenti