Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının iclası fevralda Ankarada keçiriləcək

Tarix: 19 Dec 2023 21:21

Azərbaycanla Türkiyə arasında Birgə İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək.

APA xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən "İş Dünyasının Görüşü" adlı tədbirdə deyib.

O iclasın dəqiq tarixini açıqlamayıb.

"Azərbaycanın Baş naziri Əli Əsədovla Ankarada iş dünyamızı bir araya gətirəcəyik. Tam dəqiq tarix bəlli olmasa da fevral ayını ikinci yarısında olma ehtimalı yüksəkdir"

Xəbər Lenti