2024-cü ildə AMB-nin valyuta bazarına alışyönlü müdaxiləsi proqnozlaşdırılır

Tarix: 20 Dec 2023 11:12

Tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə əlaqədar (9 ayda 6.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 12.5%-i) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələyib.

“APA-Economics” AMB-yə istinadən xəbər verir ki, bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş 1.4 mlrd. ABŞ dolları təşkil etmişdir. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 20.3% artaraq 10.8 mlrd. ABŞ dollarını keçib.

Qeyd edək ki, inflyasiyaya təsir edə biləcək başlıca daxili risk isə pul kütləsinin izafi genişlənməsidir. Cari ilin qalan dövründə fiskal sektorun reallaşmamış valyuta təklifinin Mərkəzi Bank tərəfindən alışı manatla pul bazasına artırıcı təsir göstərə bilər. Mövcud meyillərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var.

Xəbər Lenti