Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 03 Jun 2025 11:58
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən hərbçi İbrahimov Sahil Nurəddin oğlunun nəşinin qalıqları bu gün ailəsinə təhvil verilib.
APA xəbər verir ki, Suraxanı rayonunda şəhidlə vida mərasimi keçirilib.
Daha sonra Sahil İbrahimovun qalıqları Suraxanı Rayon Əmircan qəsəbə qəbirstanlığında dəfn olunub.
Mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib..
Dəfn mərasimində yaylım atəşi açılıb, hərbi orkestrin ifasında Dövlət himni səsləndirilib.
Qeyd edək ki, İbrahimov Sahil Nurəddin oğlu 1970-ci ildə Amasiya rayonunun Çivinli kəndində anadan olub. 1993-cü il fevralın 2-də Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində itkin düşüb.