Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb

Tarix: 21 Dec 2023 14:07

Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual olaraq layihəsini hazırlamışıq. Bu, kifayət qədər böyük platformadır.

“APA-Economics” xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, Azərbaycan üzərindən bütün yük axınlarının - sənədləşmə, lisenziya və icazələrin alınması, nəqliyyat növlərinin seçilməsi ilə bağlı müqavilələrin imzalanmasına qədər bütün proseslərin tam rəqəmsallaşması planlaşdırılır.

Xəbər Lenti