FHN ağacəkmə aksiyası keçirib

Tarix: 17 Nov 2023 17:10

Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, Xaçmaz rayonunun Xudat şəhərində təşkil olunan ağacəkmə aksiyasında idarənin əməkdaşları iştirak edib.

Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Aksiyada müxtəlif növdə 200-dən çox ağac əkilib.

Xəbər Lenti