Samuxda “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - Fotolar

Tarix: 23 Dec 2023 11:21

Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Samux rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan ağacəkmə aksiyasında rayonun Ziyadlı kəndində, Samux-Yenikənd avtomobil yolunun kənarında və Burunqovaq, Salahlı, Poylu, Kəsəmən kəndlərinin ərazisində bir gün ərzində rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlifcinsli 15 000 ağac əkilib. Əkilən ağacların suvarılması üçün damcılı suvarma sistemi quraşdırılıb.

Ağacəkmə aksiyasında Samux RİH başçısı Firdovsi Əliyev, şəhid ailələri, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Xəbər Lenti