Çərşənbə, 13 May, 2026
Tarix: 23 Dec 2023 18:08
Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.
APA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, dekabrın 24-də yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunur.