Qərb bölgəsində güclü külək fəsadlara yol açıb - Video

Tarix: 23 Dec 2023 19:01

Gəncədə güclü külək bir sıra fəsadlar yaradıb.

“Qafqazinfo”nun məlumatına görə, bu gün günorta saatlarından müşahidə edilən güclü külək şəhər ərazisində bir sıra fəsadlar yaradıb.

Belə ki, iri gövdəli ağaclar aşaraq yolları bağlayıb, Bundan başqa, şəhərdə ağaclar elektrik və telefon xətlərinin üzərinə aşıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Xəbər Lenti