Çərşənbə, 13 May, 2026
Tarix: 24 Dec 2023 23:58
Xəbər verdiyimiz kimi, dekabrın 21-i Xankəndi şəhərində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilib. Prezident İlham Əliyev qarşılaşmanı şəhid övladları ilə birgə izləyib. Həmin uşaqlar dövlət başçısı üçün ayrılmış sektorda oyunu tamaşa ediblər.
“Qafqazinfo”nun məlumatına görə, Prezidentin qucağında oturub selfi edən uşaqlardan biri antiterror əməliyyatlarda şəhid olan Babazadə Əlinin oğlu Yaqub Babazadədir.
Astara rayonunun Kələdəhnə kəndindən olan şəhid Əli Babazadə Əli 2009-cu ildə Ağdamda hərbi xidməti başa vurandan sonra hərbidə qalıb. Düşmən təxribatının qarşısını almaq məqsədilə həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan leytenant Əli Rüstəm oğlu Babazadə 14 il hərbidə xidmət edib.
Qeyd edək ki, Əli Babazadə ailəli idi. Bir qız, bir oğlan övladı var idi.
