Cümə, 23 Yanvar, 2026
Tarix: 25 Dec 2023 10:21
2023-cü ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,5 faiz artaraq 1400,3 milyon manat olub.
“APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbərinə görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 710,0 milyon manat olub ki, bu da ümumi dövriyyənin 50,7 faizini təşkil edib.