Cümə axşamı, 14 May, 2026
Tarix: 18 Nov 2023 07:24
Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailənin köçü başlayır.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində daha 103 nəfər kəndə yola salınacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 16-da Laçın rayonunun Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb. Zabux kəndi həmin gün 25 ailəyə qucaq açıb və daha 94 nəfərin yurd həsrəti bitib.