Bazar ertəsi, 23 Mart, 2026
Tarix: 12 Dec 2025 13:08
Ermənistan hökuməti Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə hədəflənib.
APA xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan Aşqabadda “Beynəlxalq Sülh və Etimad İli-2025” forumunda çıxışında deyib.
Bu il 8 avqustda Vaşinqtonda İrəvan və Bakı arasında sülh müqaviləsinin paraflanmasını və “Tramp marşrutu” layihəsini xatırladan Xaçatryan xarici həmkarlarını regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi prosesini dəstəkləməyə çağırıb.
İlqar Xudiyev Xaçaturyan Ermənistan Azərbaycan Cənubi Qafqazda sülh