Neftçalada “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər keçirilir - Fotolar

Tarix: 26 Dec 2023 20:33

Neftçala Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə  “Heydər Əliyev ili” çərçivəsində Neftçala rayonunda keçirilən “İstedadlar axtarışında” yaradıcılıq festivalının final mərhələsinin qaliblərinin, Respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrdə qalib olan şəxslərin mükafatlandırılması keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və onların övladları, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edib və iştirakçılar məktəblilərin hazırladıqları sərgilərə baxış keçiriblər.

Tədbirdə çıxış edən Mirhəsən Seyidov bildirib ki, 2023-cü il Ulu Öndər Heydər Əliyevin 100- illik yubileyi ilə  əlaqədar olaraq bütün respublikamızda olduğu kimi Neftçala rayonunda da müxtəlif tədbirlər böyük coşqu ilə qeyd olunub. Ulu Öndər Heydər Əliyevin siyasi kursu Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən RİH-nin başçısı 2023-cü ilin əsas yaddaqalan hadisələrindən olan torpaqlarımızın, ərazi bütövlüyümüzün lokal antiterror tədbirləri nəticəsində tam olaraq azad edilməsi, öz suverenliyimizin tam bərpa olunması və bütün işğala məruz qalan ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasıdır.

RİH başçısı RİH-in dəstəyi, Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala rayonu üzrə Təhsil sektoru, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektoru və Neftçala Peşə Məktəbinin birgə təşkilatçılığı ilə rayon ərazisində keçirilən “İstedadlar axtarışında” yaradıcılıq festivalının qaliblərini, qarşıdan gələn “Yeni il” münasibətilə təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Tədbirdə “İstedadlar axtarışında” Festivalında –“Bədii qiraət”, “Nə? Harada? Nə zaman?”, “Qısametrajlı film”, “Rəssamlıq və heykəltaraşlıq”, “Kulinariya”, “Şən və hazırcavablar klubu” və digərləri nominasiyalar üzrə qalib olan məktəblilər, gənclər fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunublar.

Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyinin hazırladıqları musiqi proqramı ilə davam edib.

Tədbirin sonunda qaliblərlə xatirə şəkli çəkilib.

Xəbər Lenti